Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax Şəhər Mədəniyyət Mərkəzi və filialları Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birlikdə Qurban bayramı ilə əlaqədar ədəbi tədbir keçirib

09.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax Şəhər Mədəniyyət Mərkəzi və filialları Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birlikdə “Qurbanın qoyun olsun” adlı Qurban bayramının İslam Mədəniyyətinə verdiyi mənəvi dəyərlər haqqında ədəbi tədbir keçirib.

Tədbiri giriş sözü ilə Mədəniyyət mərkəzinin direktoru Eldəniz Mustafayev açaraq bütövlükdə ”İslam” Mədəniyyətinin fəzilətlərindən danışıb və “Qurban” bayramının mahiyyətini açıqlayıb. O, bərabərlik, paylaşma kimi gözəl xüsusiyyətləri özündə əks etdirən belə gözəl bayramların, xeyriyyə tədbirlərinin keçirilməsinin əsrlərdən bəri davam edən gözəl ənənə olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxışlarda qeyd olunub ki, İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.Qurban bayramının Azərbaycan xalqının ən qədim və sevimli bayramlarından biri olmaqla xalqımızın milli-mənəvi dəyərlərini bütün dolğunluğu ilə özündə əks etdirir.

 

638.5 KB

 

613.3 KB

 

930.9 KB