Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində Qurban bayramı münasibətilə tədbir keçirilib

14.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı münasibətilə tədbir keçirilib.

Çıxışlarda qeyd olunub ki, Qurban bayramı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzidir. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il Azərbaycanda böyük təntənə ilə keçirilən Qurban bayramı cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir. 

Vurğulanıb ki, Qurban bayramı bir daha göstərir ki, öz humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayır.

Sonda “Qurban bayramı - müqəddəs bayramdır” başlıqlı sərgi nümayiş olunub.

 

1.1 MB

 

1.8 MB

 

1.5 MB