Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Tarix - diyarşünaslıq muzeyi Beynəlxalq Gənclər günü münasibətilə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından ibarət maraqlı viktorina təşkil edib

14.08.2019

12 avqust tarixində Bərdə Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Tarix - diyarşünaslıq muzeyi Beynəlxalq Gənclər günü münasibətilə Asan xidmət könüllüləri arasında Ulu Öndər Heydər Əliyevin həyat ve yaradıcılığından ibarət maraqlı viktorina təşkil edib.

Tədbiri giriş sözü ilə Regional idarənin rəis müavini Validə Nabatova açaraq bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Sağlam, bilikli gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.

Sonda vurğulanıb ki, Azərbaycanda gənclərin dövlət tərəfindən ən yüksək diqqət və qayğı ilə əhatə olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin I Forumu keçirilib. 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan olunub.

 

 

136.9 KB

 

84.9 KB

 

87.6 KB