Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Qarağacı kənd klub filialı Füzuli və Cəbrayıl rayonlarının işğalı ilə əlaqədar söhbət təşkil edib

23.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Qarağacı kənd klub filialı Füzuli və Cəbrayıl rayonlarının işğalı ilə əlaqədar söhbət təşkil edib

Tədbirdə Azərbaycan ərazilərinin Ermənistanın işğalı altına düşməsinin səbəb və nəticələrindən danışılarkən bildirilib ki, dövlət müstəqilliyinin bərpasının ilk illərində respublikada ordu quruculuğunun ləngidilməsi, vahid komandanlığın formalaşdırılmaması, hərbi-siyasi rəhbərliyin iradəsizliyi xalqı ağır bəlalara düçar edib: "Məhz buna görə də xaricdən verilən hərbi kömək hesabına Ermənistan öz işğalçılıq planlarını həyata keçirib. 1993-cü ilin avqustun 23-də Cəbrayılı və Füzulini ələ keçirən ermənilər işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar törədib, yerli sakinləri doğma torpaqlarından didərgin salıblar. BMT Təhlükəsizlik Şurası hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının işğal etdikləri Füzulidən, Cəbrayıldan, Qubadlıdan və digər ərazlərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etsə də, bu qətnamə də digərləri kimi icra edilməyib, kağız üzərində qalıb. 

Sonda Vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın tezliklə Ermənistanın işğalından azad edilməsi üçün məqsədyönlü və qətiyyətli siyasət aparır. Xalqımız inanır ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, məcburi köçkün həmvətənlərimiz öz doğma yurdlarına qayıdacaqlar.

 

85 KB