Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Zolgörən kənd kitabxana filialı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğal günü ilə əlaqədar dəyirmi masa keçirib

23.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Zolgörən kənd kitabxana filialı Füzuli və Cəbrayıl rayonlarının işğal günü ilə əlaqədar dəyirmi masa keçirib.

Qeyd olunub ki, hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi mülkləri talan olunub, Azərbaycanın tarixi memarlıq abidələri məhv edilib. Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. Azıxda aşkar olunan maddi-mədəniyyət nümunələri 1981-ci ildə Parisin İnsan Muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib.

Sonda diqqətə çatdırılıb ki, hazırda Füzuli və Cəbrayıldan olan məcburi köçkün soydaşlarımız Azərbaycanın 50-dən çox şəhər və rayonunda məskunlaşıblar. Onlar dövlətin tam qayğısı ilə əhatə olunublar.

 

42.3 KB

 

105.5 KB