Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Qapanlı kənd kitabxana filialı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğal günü ilə əlaqədar söhbət təşkil olunub

23.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Qapanlı kənd kitabxana filialı Füzuli və Cəbrayıl rayonlarının işğal günü ilə əlaqədar dəyirmi masa keçirib.

Bildirilib ki, bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür. İşğal olunmuş hər üç rayon öz   gözəlliyi və  sərvətləri ilə yadellilərin diqqətini daim cəlb etmişdir. Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu BMT də təsdiq etmişdir. BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də Füzuli, Cəbrayıl rayonlarının işğalını pisləyən və həmin ərazilərin tərk edilməsini tələb edən 874 və 884 №-li qətnamələr qəbul etsə də, əvvəlki qətnamələr kimi, bu qətnamələr də yerinə yetirilməmişdir.

Sonda diqqətə çatdırılıb ki, cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanın işğal altında olan torpaqları erməni işğalçıları tərəfində azad ediləcək, köçkün düşmüş qardaş və bacılarımız öz doğma el-obalarına qayıdacaqlar.

 

128.4 KB