Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Mərkəzi kitabxana filiallarla birlikdə Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğalının 26 – cı ildönümü ilə əlaqədar “Gözü yolda qalan yurd yerlərimiz” adlı anım tədbiri keçirib

23.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax  şəhər  Mərkəzi  kitabxananın  Oxu  zalında  Cəbrayıl, Füzuli və  Qubadlı rayonlarının  işğalının  26 – cı  ildönümü  ilə  əlaqədar  Mərkəzi kitabxana filiallarla  birlikdə  “Gözü  yolda  qalan  yurd  yerlərimiz”  adlı  anım  tədbiri keçirib.

İlk öncə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxışlarda qeyd olunub ki, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altına düşməsinin səbəb və nəticələrindən danışılarkən bildirilib ki, dövlət müstəqilliyinin bərpasının ilk illərində respublikamızda ordu quruculuğunun ləngidilməsi, vahid komandanlığın formalaşdırılmaması, hərbi-siyasi rəhbərliyin iradəsizliyi xalqımızı ağır bəlalara düçar edib. Məhz buna görə də xaricdən verilən hərbi kömək hesabına Ermənistan  öz işğalçılıq planlarını həyata keçirib. 1993-cü ilin 23 avqustunda Cəbrayılı və Füzulini ələ keçirən ermənilər, işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar törədib, yerli sakinləri doğma torpaqlarından didərgin salıblar.

Sonda   tədbir  iştirakçıları   Füzuli, Cəbrayıl  və Qubadlı rayonlarının işğalının  26 – cı  ildönümünə  həsr  olunmuş  sərgi  ilə  tanış  olublar.          

 

112.9 KB

 

104.1 KB

 

111.1 KB