Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Hüsənli kənd kitabxana filialı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğal günü ilə əlaqədar söhbət təşkil olunub

23.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Hüsənli kənd kitabxana filialı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğal günü ilə əlaqədar dəyirmi masa keçirib.

Qeyd olunub ki, ötən əsrin 90-cı illərinin əvvəllərində vahid hərbi birləşmələrə malik olmayan Azərbaycan ordusu xarici qüvvələr tərəfindən gücləndirilmiş Ermənistan ordusunun hücumlarına tab gətirə bilmədi. Bunun nəticəsində 23 il bundan öncə Füzuli və ardınca isə Cəbrayıl rayonları düşmən ordusu tərəfindən işğala məruz qaldı. Amansız düşmənlə üz-üzə müdafiəsiz qalmış əhali öz doğma ev-eşiyini tərk etməyə məcbur oldu. Bu rayonlarımızın müdafiəsi zamanı xalqımızın minlərlə igid oğulları qəhrəmancasına həlak olmuşlar.

Sonda vurğulanıb ki, yalnız ulu öndər Heydər Əliyev respublikada ali siyasi rəhbərliyə qayıdıb müstəqil dövlət quruculuğuna başladıqdan sonra qısa müddətdə yenidən səfərbər edilən ordu bölmələrimizin 1993-cü ilin dekabrında həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və 20 kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.

 

86.8 KB