Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxanada İmadəddin Nəsimin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar ”Əbədiyyət üfüqündə doğmuş eşq günəşi” mövzusunda poeziya gecəsi keçirilib

23.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxanada görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar "Əbədiyyət üfüqündə doğmuş eşq günəşi" mövzusunda poeziya gecəsi keçirilib.

Tədbirdə şairin həyat və yardıcılığı haqqında ətraflı məlumat verilərək bildirilib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub: "Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha ətraflı araşdırılması istiqamətində çox mühüm addımlar atılıb”.

Sonda Prezidenti İlham Əiyevin müvafiq sərəncamına əsasən 2019-cu ilin "Nəsimi ili” elan edilməsi və 650 illik yubileyinin keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi olduğu vurğulanıb.

 

175 KB

 

192 KB

 

175 KB