Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS- nin Mehdixanlı kənd kitabxana filialı Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğal gününə həsr edilmiş ”26 il torpaq həsrətində” adlı söhbət təşkil edib

26.08.2019

23 avqust 2019-cu il tarixdə Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS- nin Mehdixanlı kənd kitabxana filialı Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğal gününə həsr edilmiş "26 il torpaq həsrətində" adlı söhbət təşkil edib.


Tədbiri giriş sözü ilə kitabxananın müdiri Tamella Qarayeva açaraq bildirilib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ovaxtkı siyasi hakimiyyətin yol verdiyi ciddi və bağışlanılmaz səhvlərin nəticəsində respublikada yaranmış xaos və anarxiya, ordu quruculuğunun ləngidilməsi Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının və digər ərazilərimizin işğalına gətirib çıxarıb. İşğalçılar burada da yaşayış məntəqələrini dağıdıb, qarət edib, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetiriblər. Təəssüf ki, dünya birliyi Ermənistanın təcavüzkar əməllərinin qarşısını almaq, işğal siyasətinə son qoymaq üçün hələ də təsirli tədbirlər görmür. Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, digər nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qərarları icra edilmir, kağız üzərində qalır.

Sonda vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın tezliklə Ermənistanın işğalından azad edilməsi üçün məqsədyönlü və qətiyyətli siyasət aparır. Xalqımız inanır ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, məcburi köçkün həmvətənlərimiz öz doğma yurdlarına qayıdacaqlar.

 

95.8 KB

 

105.6 KB

 

90.6 KB