Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS - nin Yeni Əyricə kənd kitabxana filialı Hüseyn İbrahimovun 100 illik yubileyi münasibətilə ”Əsirlərin, nəsillərin müasir yazıçısı” başlıqlı mütaliə günü təşkil edib

26.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS - nin Yeni Əyricə kənd kitabxana filialı yazıçı Hüseyn İbrahimovun 100 illik yubileyi münasibətilə açıq havada "Əsirlərin, nəsillərin müasir yazıçısı" başlıqlı mütaliə günü təşkil edib.

Tədbiri giriş sözü ilə kitabxananın müdiri Həqiqət Şükürova açaraq yazıçının həyat və yaradıçılığı haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, Xalq yazıçısı Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır.

Sonda diqqətə çatdırılıb ki, zəngin yaradıcılıq fəaliyyətinə malik Hüseyn İbrahimov ədəbi fəaliyyətə ötən əsrin 40-cı illərindən başlamışdır. Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır.Yazıçının ədəbiyyat sahəsindəki fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, “Şöhrət” ordeni ilə təltif edilmiş, “Xalq yazıçısı” adına layiq görülmüşdür. 

 

 

96 KB

 

82.8 KB