Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gürcü pianoçu Xatia Buniatişvili Heydər Əliyev Sarayında çıxış edəcək

28.08.2019

Sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və tanınmış gürcü pianoçu Xatia Buniatişvili çıxış edəcək.

Ü. Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə Fikrət Əmirovun “Azərbaycan kapriççio”su, Niyazinin “Rast” simfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün Ərəb mövzularına konsert”i səslənəcək.

Qeyd edək ki, builki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqiçi və kollektivlərin iştirakı ilə 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.

 

94.9 KB