Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Uşaq musiqi və İncəsənət məktəblərində 2019/2020 –ci tədris ilinə hazırlıq işləri aparılır

28.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Uşaq musiqi və incəsənət məktəblərində   2019/2020 –ci  tədris ilinə hazırlıq işləri aparılır. Belə ki, daxili imkanlar hesabına məktəbin inzibati və yardımçı otaqlarında bir sıra təmir işləri aparılmış, köhnə stendlər və guşələr yenisi ilə əvəzlənmişdir.

Belə müəssisələrdən biri də Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq musiqi məktəbidir.

Məktəbdə 1 qarmon sinifi , 1 nəzəriyyə sinifi ,  direktor və köməkçinin otağında  döşəmə dəyişdirilmiş və rənglənmişdir. Bundan başqa bütün sinif otaqlarında səliqə-səhman yaradılmış , döşəmələr rənglənmişdir. Məktəbdə əməyin mühafizəsi,  elektrik  və texniki  avadanlığın  təhlükəsizliyi,  gigiyena  və sanitar sahəsində də  işlər aparılmışdır.

Onu da qeyd edək ki, məktəb 2019/2020-ci tədris ilinə tam hazır vəziyyətdədir və 15 sentyabr tarixində “Bilik” gününün yüksək səviyyədə qeyd olunması məqsədilə “Mənim doğma məktəbim”  başlıqlı tədbir keçirilməsi nəzərdə tutulub .

 

2.2 MB

 

1.7 MB

 

1.7 MB