Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xətai Sənət Mərkəzində elan olunan respublika yaradıcılıq müsabiqəsi davam edir

30.08.2019

Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində elan edilən “Real həyat - real incəsənət” adlı respublika yaradıcılıq rəsm müsabiqəsi davam edir.

Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Realizm üslubunda işləyən rəssamlar arasında milli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaq və realizm üslubunun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək, vətənpərvərlik hisslərini gücləndirmək məqsədi ilə təşkil olunur.

Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam bir əsərinin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 15-dək Xətai Sənət Mərkəzinin “Whatsapp” +994 51 310 74 01 göndərməklə iştirak edə bilər.

Həmçinin sərgidə iştirak etməklə təşkilatçılara dəstək məqsədilə müsabiqədənkənar əsər təqdim etmək olar.

 

55.7 KB