Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS - nin Kətəlparaq kənd kitabxana filialı ”Mütaliə istirahətdir” adlı mütaliə günü təşkil edib

30.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsi  Bərdə rayon MKS - nin Kətəlparaq kənd kitabxana filialı açıq havada  "Mütaliə istirahətdir" adlı mütaliə günü təşkil edib. 

Kitabxana müdiri  Minarə Əliyeva mütaliə etməyin ən gözəl istirahət  olduğunu qeyd edib. O bildirib ki,  klassiklərin, elm adamlarının, görkəmli şəxsiyyətlərin söylədikləri fikirlərin hər birini mütaliə zamanı həyatımızda zaman-zaman görə bilirik və bu fikirlər hər zaman bizləri düzgün istiqamətə yönləndirir.     

Daha sonra tədbir iştirakçıları oxuduqları kitablar barədə fikirlərini söyləyiblər və onlar kitabxana fonduna daxil olan kitablar barədə ətraflı məlumat almaqla yanaşı  gözəl istirahət etdiklərini də qeyd ediblər.

 

146.4 KB

 

139 KB