Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Hüsənli kənd kitabxana filialının əməkdaşları evlərdə səyyar kitabxana xidməti göstərib

30.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsi  Tərtər rayon MKS-nin Hüsənli kənd kitabxana filialının əməkdaşları evlərdə səyyar kitabxana xidməti göstərib.

Səyyar kitabxana xidmətinin keçirilməsində məqsəd oxucuların kitaba olan marağını artırmaq, onların mütaliə mədəniyyətini inkişaf etdirmək və kitabxanaya yeni oxcuları cəlb etməkdir.

Səyyar xidmət zamanı kitabxananın əməkdaşları tərəfindən oxucuları maraqlandıran kitablar onlara təqdim olunub.

Oxucular bu təşəbbüsü yüksək qiymətləndirib və kitabxananın əməkdaşlarına təşəkkürlərini bildiriblər.

 

176.1 KB

 

182.4 KB

 

172.1 KB