Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər Şəhidlərin Xatirə muzeyi Qubadlı rayonunun işğal günü ilə əlaqədar ”Unudulmaz Qubadlı” adlı tədbir keçirib

30.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Şəhidlərin Xatirə muzeyi Qubadlı rayonunun işğal günü ilə əlaqədar "Unudulmaz Qubadlı" adlı tədbir keçirib.

Qeyd olunub ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ovaxtkı siyasi hakimiyyətin yol verdiyi ciddi və bağışlanılmaz səhvlərin nəticəsində respublikada yaranmış xaos və anarxiya, ordu quruculuğunun ləngidilməsi Qubadlının və digər ərazilərimizin işğalına gətirib çıxarıb. Təcavüzkar Ermənistanın hərbi birləşmələri 1993-cü il avqustun 31-də Qubadlı rayonunu ələ keçiriblər. İşğalçılar burada da yaşayış məntəqələrini dağıdıb, qarət edib, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetiriblər. Təəssüf ki, dünya birliyi Ermənistanın təcavüzkar əməllərinin qarşısını almaq, işğal siyasətinə son qoymaq üçün hələ də təsirli tədbirlər görmür. Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, digər nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qərarları icra edilmir, kağız üzərində qalır.

Vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın tezliklə Ermənistanın işğalından azad edilməsi üçün məqsədyönlü və qətiyyətli siyasət aparır. Xalqımız inanır ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, məcburi köçkün həmvətənlərimiz öz doğma yurdlarına qayıdacaqlar.

Sonda muzeydə təşkil olunmuş sərgiyə baxış keçirilib.

 

54.5 KB

 

58.6 KB

 

61.8 KB