Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Mərkəzi kitabxanası Qubadlı rayonunun işğalının 26 – cı ildönümü ilə əlaqədar “Onlar doğma yurda qayıdacaqlarına inanırlar” adlı anım günü keçirib

30.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsi  Yevlax  şəhər Mərkəzi kitabxanası  Qubadlı  rayonunun  ermənilər tərəfindən  işğalının  26 – cı ildönümü  ilə əlaqədar “Onlar  doğma  yurda  qayıdacaqlarına inanırlar” adlı  anım  günü  keçirib. 

Tədbiri  giriş  sözü  sözü  ilə MKS – nin  direktoru Vüsalə  Məmmədova  açaraq 1993-cü il avqustun 31-də Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ərazisi 802 kv. km və 1993-cü il üçün əhalisi 30 minə yaxın olan, 1 şəhər və 93 kənddən ibarət Qubadlı rayonunun işğalı zamanı 192 nəfər soydaşımız şəhid olub, 238 nəfər yaralanıb, 49 nəfər isə girov götürülərək işgəncələrə məruz qalıb. İşğalçılar tərəfindən rayon sakinlərinə qarşı kütləvi etnik təmizləmə həyata keçirilib, dövlət və özəl mülkiyyət obyektləri talan edilib.

Diqqətə çatdırılıb ki, digər işğal edilmiş ərazilərdə olduğu kimi, Qubadlı rayonu ərazisində də Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir.

Sonda  Qubadlının  işğalı  ilə  əlaqədar  təşkil  olunmuş  sərgiyə  baxış  keçirilib.

 

 

132 KB

 

124.3 KB

 

99.4 KB