Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayonunda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib

30.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsi üzrə Tərtər rayonunda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.

Tərtər rayon Mədəniyyət Mərkəzində baş tutan seminar-müşavirəni giriş sözü ilə regional idarənin baş məsləhətçisi,  Tərtər rayon üzrə nümayəndə Ceyhun İsmayılzadə açaraq mədəniyyət müəssisələrinin günün  tələblərinə uyğun işlərini davam etdirməsindən, əhalinin asudə vaxtının səmərəli təşkilindən, kitabxanalar üzrə oxuculara xidmət işinin daha da yüksəldilməsindən, mətbuatla sıx əlaqələrin qurulmasından, media nümayəndələrinin mədəni-kütləvi tədbirlərə dəvət olunmasından, ötən dövr ərzində mədəniyyət müəssisələrində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Ceyhun İsmayılzadə gündəlikdə duran məsələlərə toxunaraq qeyd edib ki, regional idarənin hazırladığı müvafiq tədbirlər planına əsasən gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi cəbhə bölgəsi olaraq ilk növbədə Tərtər rayonundan start götürəcəyi və silsilə tədbirlər kimi davam etdiriləcəyini bildirib. Həmçinin bu ilin Nəsimi ili elan olunması ilə bağlı silsilə tədbirlərin keçirilməsini ilin sonuna qədər davam etdirmək və mədəniyyət işçiləri tərəfindən əlillərə və şəhid ailələrinə səyyar xidmətin göstərilməsini davamlı olaraq həyata keçirilməsini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Gündəlikdə duran növbəti məsələlə ilə bağlı C.İsmayılzadə qeyd edib ki, “Yeni tədris ilinin başlanması ilə əlaqədar musiqi məktəbində bir sıra işlər görülmüşdür və məktəb 15 sentyabr – Bilik gününü yüksək səviyyədə qeyd etməyə tam hazırdır”.  

Daha sonra seminar-müşavirədə rayon Mədəniyyət Mərkəzinin və Mərkəzi Kitabxana Sisteminin hesabatları dinlənilib.

 

1.9 MB

 

1.9 MB