Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxana Qubadlı rayonun işğalı günü ilə əlaqədar ”Tariximizin qan yaddaşı” adlı sərgi təşkil edib

02.09.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxana Qubadlı rayonun işğalı günü ilə əlaqədar "Tariximizin qan yaddaşı" adlı sərgi təşkil edib.

Sərgidə işğal olunmuş rayonların tarixindən, tarixi abidələrindən, flora və faunasından bəhs edən kitablar nümayiş olunub. Sərgiyə baxış zamanı oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova bildirib ki, Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. İşğal nəticəsində rayonun 826 kv.km ərazisi, habelə 93 kəndi, 13,2 min hektar meşə zolağı düşmənin nəzarətinə keçib. 1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir.

Sonda diqqətə çatdırılıb ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində işğal altındakı Azərbaycan torpaqları, ö cümlədən Qubadlı rayonu, düşməndən tezliklə azad ediləcək və respublikamızın ərazi bütövlüyü bərpa olunacaq.

 

166.7 KB