Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS- nin 1 nömrəli kənd kitabxana filialı mütaliə günü təşkil edib

02.09.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS- nin 1 nömrəli kənd kitabxana filialı 21 avqust - 21 sentyabr Sülh aylığı elan edilməsi ilə əlaqədar olaraq mütaliə günü təşkil edib.

Tədbiri giriş sözü ilə kitabxananın müdiri Mənsurə Vəliyeva açaraq qeyd edib ki, hər il 21 sentyabr Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Bu tarix BMT Baş Assambleyasının təşəbbüsü ilə Yer üzündə atəş və zorakılıqdan qlobal imtina günü kimi keçirilir. 2017-ci ilin Beynəlxalq Sülh Gününün devizi “Birlikdə sülh uğruna: hörmət, təhlükəsizlik və hamı üçün ləyaqət”dir. 1982-ci ildən qeyd olunmağa başlayan bu tarix BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı təsis edilib. 2015-ci ilin sentyabr ayında Nyu-Yorkda BMT-yə üzv olan 193 ölkənin təmsil olunduğu və müxtəlif ölkə başçılarının iştirak etdiyi sammitdə dayanıqlı inkişafın 17 məqsədi qəbul olunub. 2030-cu ilə qədər ölkələrin bu məqsədlərə çatmaları istiqamətində tədbirlərin görülməsi gündəmdə olan əsas məsələlərdən biridir.

Sonda vurğulanıb ki, Ombudsmanın təşəbbüsü ilə hər il Azərbaycanda 21 avqust-21 sentyabr tarixlərində “Beynəlxalq Sülh Günü” aylığı keçirilir.

 

209.8 KB

 

230.1 KB