Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Rumıniyanın xəbər portalında Qobustan qoruğu barədə məqalə yayılıb

02.09.2019

Rumıniyanın nüfuzlu "News24hours.ro" xəbər portalı Qobustan Milli Tarix-Bədii Qoruğu barədə məqalə yayıb.

Qobustan Dövlət Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar.

Qeyd olunub ki, Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Məqalədə qoruğun yaradılması və tarixi barədə ətraflı məlumat verilib.

 

130.2 KB