Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur

06.09.2019

Sentyabrın 4-də 32-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlamışdır. Sərgidə ölkəmiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 36 kv.m. sahədə xüsusi dizaynlı stendlə və 200 adda, 400 nüsxədən çox kitabla təmsil olunur. Mədəniyyət Nazirliyi ilə yanaşı "Azərnəşr" və "Şərq-Qərb" nəşriyyatları və "Azərkitab" kitab ticarəti mərkəzi sərgidə iştirak edir. Sərgidə 30-dan çox ölkədən 150 və Rusiya Federasiyasından 300-dən çox nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyəti qurumlar öz nəşr məhsullarını nümayiş etdirir. Əvvəlki illərlə müqayisədə daha geniş sahədə və xüsusi dizaynda qurulmuş Azərbaycan stendi və burada nümayiş olunan kitablar sərgiyə gələnlərin diqqətini çəkir, ziyarətçilər tərəfindən böyük marağa səbəb olur. Çoxsaylı kitabsevərlə yanaşı, müxtəlif nəşriyyatların, təşkilatların nümayəndələri də stendimizə maraq göstərir, onlarla görüş zamanı mümkün gələcək əməkdaşlıq imkanları müzakirə edilir.
MDB-nin "Kitab sənəti" beynəlxalq müsabiqəsinin qalibləri sərgi çərçivəsində sentyabrın 6-da diplomlarla təltif olunacaqlar.
Sərgi sentyabrın 8-ə kimi davam edəcəkdir.

 

174.6 KB