Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS - nin Muğanlı kənd kitabxana filialı Beynəlxalq Sülh Günü ilə əlaqədar ”Sülh əmin- amanlıq, dinclikdir” başlıqlı mütaliə günü təşkil edib

06.09.2019

Bərdə Regional Mədəniyyət İdarəsi  Bərdə rayon MKS - nin Muğanlı kənd kitabxana filialı Beynəlxalq Sülh Günü ilə əlaqədar "Sülh əmin- amanlıq, dinclikdir" başlıqlı mütaliə günü təşkil edib.

Tədbiri giriş sözü ilə kitabxananın müdiri Şəfaqət Əhmədova açaraq  "Beynəlxalq Sülh Günü"nün tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, "Beynəlxalq Sülh Günü" 21 sentyabr 1981-ci ildə BMT tərəfindən təsis edilib. Həmin il dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. İlk dəfə "Beynəlxalq Sülh Günü" BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayıb.

Sonda diqqətə çatdırılıb ki,  görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzalanıb, böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısı alınıb, ölkədə sabitliyə nail olunub. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür.

 

73.3 KB

 

77.2 KB