Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Mərkəzi kitabxanasında Azərbaycan teatrının və kinosunun tanınmış sənətkarları Səyavuş Aslan və Yaşar Nurinin doğum günləri ilə əlaqədar “Həmişəyaşar sənətkarlar” adlı anım tədbiri keçirilib

06.09.2019

Bərdə Regional Mədəniyyət İdarəsi  Yevlax şəhər Mərkəzi  kitabxanasında Azərbaycan teatrının və  kinosunun tanınmış sənətkarları Səyavuş Aslan və Yaşar Nurinin doğum  günləri  ilə əlaqədar  “Həmişəyaşar  sənətkarlar” adlı anım tədbiri  keçirildi. 

Tədbiri giriş sözü ilə açan MKS – in direktoru Vüsalə  Məmmədova hər iki sənətkarın Azərbaycan  teatrında, ümumən Azərbaycan mədəniyyətində gördüyü işlərdən, onların hər ikisinin bir – birindən  maraqlı, rəngarəng oynadığı rollardan və hər iki sənətkarın hər zaman Azərbaycan tamaşaçısının  qəlbində daim yaşamasından tədbir iştirakçılarına ətraflı məlumat verdi. Daha sonra çıxış edənlər,hər iki  aktyorun səhnə fəaliyyətlərindən və mədəniyyət  müəssisələrində  təbliği  istiqamətində  görülən  işlərdən söhbət  açdılar. Sonda tədbir iştirkçıları hər iki sənətkarın həyat və yaradıcılığını əks etdirən  sərgi ilə tanış oldular

 

127.6 KB

 

147.3 KB

 

126 KB