Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin Divanlı kənd Xalq Yaradıcılıq evində Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

09.09.2019

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan bütün mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir.

Sözü gedən tədbirlərdən biri də, regional İdarənin Bərdə rayon Mədəniyyət Mərkəzinin Divanlı kənd Xalq Yaradıcılıq evində keçirilib.

Qeyd olunub ki, Üzeyir Hacıbəyov elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıblar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.

Sonda vurğulanıb ki, Üzeyir Hacıbəyovun Azərbaycan tarixindəki müstəsna xidmətləri təkcə bunlarla yekunlaşmır. Ötən əsrin 30-cu illərində bolşevik diktaturasının xalqa zülmü ən yüksək həddə çatanda, repressiya illərində imperiya rəhbərliyi yalnız əsarət altında saxladığı xalqları deyil, onların milli-mənəvi dəyərlərini, qədim mədəniyyətlərini, incəsənətlərini də məhv etməyə çalışırdı. Otuzuncu illərdə tarın "açıq məhkəməsi" keçirilirdi. Üzeyir Hacıbəyov Müslüm Maqomayevlə birlikdə Azərbaycan xalq musiqisinin ifasında geniş istifadə edilən simli musiqi alətini bolşevik caynağından xilas etdi.

 

247.3 KB

 

217 KB