Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Nəsimi irsinin əhali arasında təbliği”

09.09.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər MKS-nin Dəlləklər kənd kitabxana filıialında Azərbaycan ədəbiyyatının görkəmli  nümayəndəsi  İmaddədin  Nəsiminin  anadan  olmasının  650  illiyi  ilə  əlaqədar  “Nəsimi  irsinin əhali  arasında  təbliği”  adlı  tədbir  keçirilib.

Tədbiriştirakçılarına  Nəsiminin  fəlsəfi  fikirləri, və  bu  gün  Nəsimi  irsinin  təbliği  ilə   bağlı   görülən  işlərdən  tədbir  iştirakçılarına  ətraflı  məlumat  verilərək bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Həmçinin diqqətə çatdırılıb ki, dahi şairin 600 illik yubileyi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilib. Böyük söz ustadının 600 illiyi UNESKO-nun əlamətdar tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə ilk dəfə beynəlxalq miqyasda qeyd olunub. Onun poetik irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynayıb.

 

82.7 KB

 

157.9 KB

 

81 KB