Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS - nin Qarağacı kənd klubu Sülh aylığı çərçivəsində söhbət təşkil edib

10.09.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS - nin Qarağacı kənd klubu Sülh aylığı çərçivəsində söhbət təşkil edib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyini və bu aylıq çərçivəsində müxtəlif marrifləndirmə tədbirləri təşkil olunduğunu qeyd olunub.. Ombudsmanın təşəbbüsü ilə elan olunan və ənənəvi olaraq hər il keçirilən “Sülh aylığı” əhalinin müxtəlif təbəqələrinin diqqətini sülhün və insan hüquqlarına hörmətin vacibliyinə cəlb etmək, insanların hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədilə keçirilir.

Vurğulanıb ki, sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə, uğurla həyata keçirilir.

 

211.1 KB

 

196.1 KB

 

210.7 KB