Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS-nin Qaraməmmədli kənd kitabxana filialı Beynəlxalq Sülh Günü münasibətilə ”“Biz sülhə səs veririk” adlı söhbət təşkil edib

11.09.2019

Bərdə Regional Mədəniyyət İdarəsi  Bərdə rayon MKS-nin Qaraməmmədli kənd kitabxana filialı Beynəlxalq Sülh Günü münasibətilə "“Biz sülhə səs veririk" adlı  söhbət təşkil edib.

Tədbiri giriş sözü ilə kitabxananın müdiri Münəvvər Həsənova açaraq  21 sentyabr - Beynəlxalq Sülh Günü haqqında iştirakçılara geniş məlumat verib. O, sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılmasının tarixboyu bəşəriyyəti düşündürdüyünü və vətəndaşların sülh şəraitində yaşamaq arzusunda olduğunu vurğulayıb.

 

67.7 KB

 

77.8 KB