Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS - nin Kərimbəyli kənd kitabxana filialı ”Sən öyrənməklə uçalarsan” adlı mütalə günü təşkil edib

11.09.2019

Bərdə Regional Mədəniyyət İdarəsi  Bərdə rayon MKS - nin Kərimbəyli kənd kitabxana filialı "Sən öyrənməklə uçalarsan" adlı mütalə günü təşkil edib.

Tədbiri giriş sözü ilə kitabxananın müdiri Şövkət Xəlilova açaraq qeyd edib ki, uzun əsrlərdən bəri dünyada baş verən elmi-texniki və mədəni inkişafın daşıyıcısı olmaqla milli və ümumbəşəri sərvətə çevrilmiş kitaba xüsusi rəğbət və məhəbbətlə yanaşan, mütaliəni həyati tələbat kimi qəbul edən insanlara cəmiyyətdə daim hörmət və ehtiram bəslənmiş, ictimaiyyət arasında onlar yüksək savada və intellektə malik şəxslər hesab olunubar.

Daha sonra tədbir iştirakçıları oxuduqları kitablar barədə fikirlərini söyləyiblər və onlar kitabxana fonduna daxil olan kitablar barədə ətraflı məlumat almaqla yanaşı  gözəl istirahət etdiklərini də qeyd ediblər.
 

 

84.5 KB

 

86 KB

 

94.8 KB