Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Heydər Əliyev Mərkəzi rayon Divanlı kənd Uşaq musiqi məktəbi ilə birlikdə Milli Musiqi Günü münasibətilə tədbir təşkil edib

20.09.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzi rayon Divanlı kənd Uşaq musiqi məktəbi ilə birlikdə Milli Musiqi Günü münasibətilə tədbir təşkil edib.

Çıxış edən regional idarənin rəis müavini Validə Nabatova qeyd edib ki, Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. O, vurğulayıb ki, dahi bəstəkar 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.  

Tədbir Divanlı kənd Uşaq musiqi məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.

 

99 KB

 

93.6 KB

 

85.1 KB