Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“İlk Zəng”

20.09.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax  Şəhər Mədəniyyət Mərkəzinin Ərəş kənd Folklor  evi Bilik Günü münasibətilə “İlk Zəng” adlı tədbir keçirib.

Tədbirdə çıxış edənlər yeni dərs ilinin başlanması və “Bilik günü “ münasibəti ilə bütün təhsil işçilərini,şagirdləri, məktəbə yeni qədəm qoymuş birinciləri,onların valideyinlərini təbrik edib. Azərbaycan təhsilinə göstərilən dövlət qayğısından,təhsilinin uğurlarından ,inkişafından danışılaraq qeyd olunub ki, Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin mühüm prinsiplərindən biri kimi diqqətdə saxlaması dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.                                                                                          

Sonda məktəblilər tərəfindən Bilik gününə həsr edilmiş şeir və mahnılar səsləndirilib.

 

1 MB

 

1 MB