Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Heydər Əliyev Mərkəzində ”Bilik Günü” ilə bağlı tədbir keçirilib

20.09.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Heydər Əliyev Mərkəzində "Bilik Günü" ilə bağlı tədbir keçirilib.

Şəhər 5 saylı tam orta məktəbin ibtidai sinif şagirləri ilk dərs günlərini Heydər Əliyev Mərkəzində keçirdilər. Əllərində şarlarla, bayraqlarla mərkəzə daxil olan fidanların sevinclərinin həddi-hüdudu yox idi. Məktəbliləri təbrik edən mərkəz əməkdaşları balacalara dərslərində uğurlar, müvəffəqiyyətlər arzuladılar.

Mərkəzin əməkdaşı Sevda Əliyeva balacalara Ulu Öndərin uşaqlara göstərdiyi qayğıdan və onlara olan ümidindən danışdı.

Sonda məktəblilər vətən, bayraq haqqında bir-birindən maraqlı şeirlər söylədilər.

 

89 KB

 

97.6 KB

 

97.2 KB