Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin 4 nömrəli şəhər klubu filialında “21 avqust – 21 sentyabr sülh aylığı” çərçivəsində dəyirmi masa keçirilib

20.09.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin 4 nömrəli  şəhər klubu filialında “21 avqust – 21 sentyabr sülh aylığı” çərçivəsində dəyirmi masa keçirilib.

Çıxış edən klubun filial müdiri Nisəxanım Ağalarova “Beynəlxalq Sülh Günü” mövzusunda məruzə etdi. “Beynəlxalq Sülh Günü”nün yaranma tarixinə nəzər salan N.Ağalarova ölkəmizdə sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən zəruri tədbirlərin aparıldığını bildirdi. “Beynəlxalq Sülh Günü”nün keçirilməsinin vacibliyini vurğulayan məruzəçi çıxışını belə tamamladı: “Biz inanırıq ki, sülh mədəniyyəti bütün dövlətlər və xalqlar arasında münaqişələrin həllinə başlıca amil olacaq, gələcək nəsillərin təhlükəsiz və müharibəsiz dünyada yaşamasına şərait yaradacaqdır.”

Sonda sülh rəmzi olan Ağ göyərçin səmaya buraxılıb.

 

71 KB

 

58.9 KB

 

39.1 KB