Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Elmə, təhsilə gedən yolun açarı kitablardır”

20.09.2019

Bərdə Regional Mədəniyyət  İdarəsi  Bərdə rayon Mədəniyyət Mərkəzinin Kolayir Xalq yaradıcılıq evi Bilik Günü ilə əlaqədar “Elmə, təhsilə gedən yolun açarı kitablardır” mövzusunda tədbir keçirib.

Tədbirdə çıxış edənlər Bilik Günü münasibətilə məktəbliləri təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb. Həmçinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərildiyi qeyd olunaraq, diqqətə çatdırılıb ki, hər il yeni-yeni məktəblər tikilir, təhsilin maddi-texniki bazası, infrastrukturu yenilənir.

Sonda vurğulanıb ki, digər sahələrdə olduğu kimi təhsil sahəsi də Cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu sahə uğurla davam etdirilir.

 

226.5 KB