Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Oxuduğunuz kitablardakı hansı qəhrəmanlara bənzəmək istərdiniz”

08.10.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS- nin Türkmən kənd kitabxana filialı "Oxuduğunuz kitablardakı hansı qəhrəmanlara bənzəmək istərdiniz" başlıqlı mütaliə günü təşkil edib.

Tədbiri keçirməkdə məqsəd uşaqların mütaliə marağını artırmaq, onları kitabxanaya cəlb etmək və asudə vaxtlarını səmərəli keçirməkdən ibarətdir.

Kitabxananın əməkdaşları tərəfindən uşaqlara onları maraqlandıran kitablar və jurnallar təqdim olunub.

Sonda uşaqlar kitablar haqqında öz təəssüratlarını danışıb və müzakirə ediblər.

 

52.5 KB

 

47.5 KB