Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Daha bir parlayan mədəniyyət ocağı

08.10.2019

Bu gün bir çox sahələrdə olduğu kimi mədəniyyət  sahəsinə də diqqət və qayğı göstərilir.  Mədəniyyət sahəsinin inkişafı Prezident İlham Əliyevin daimi diqqət mərkəzindədir və bu sahənin inkişafı üçün lazımi tədbirlər həyata keçirilir. Məhz onun apardığı siyasət nəticəsində ölkəmizdə mədəniyyət ocaqları təmir-bərpa olunur və yenidən qurulur. Bu da öz növbəsində həm əhaliyə göstərilən xidmətlərin səviyyəsinin artırılması, uşaqların daha yaxşı şəraitli məktəblərdə təhsil almaları, eləcə də müəllimlər üçün rahat iş yerləri deməkdir.

Belə müəssisələrdən biri də Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Aran uşaq musiqi məktəbidir.  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə məktəbin binası yenidən tikilərək istifadəyə veriləcək. Bu layihənin gerçəkləşməsində Azərbaycan Respublikası mədəniyyət naziri Əbülfəs Qarayevin böyük rolu olmuşdur. Məhz onun səyi nəticəsində, mədəniyyət ocağı fəaliyyətə başlayaraq, qəsəbə əhalisinin istifadəsinə veriləcək. Xüsusi vurğulamaq yerinə düşər ki, 7 aprel  2018-ci ildə cənab nazir Aran qəsəbəsində olarkən binanın yenidən əsaslı təmir olunaraq fəaliyyətə başlaması fikrini irəli sürmüşdür. Mədəniyyət ocağının əsaslı təmir olunaraq yenidən bərpa olunmasında Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevin də əməyi danılmazdır.  Yeni Mədəniyyət ocağı 3 müəssisədən ibarətdir.  Aran 2 qəsəbə mədəniyyət evi, Aran 2 qəsəbə kitabxanası və Aran uşaq musiqi məktəbi. Aran musiqi məktəbi 1985-ci  ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə fortepiano, tar, qarmon, kamança və xanəndəlik ixtisasları tədris olunur. Məktəbin 48 müəllim və 158 şagird heyəti var. Məktəbin binası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə əsaslı təmir edilmiş, bina yenidən qurularaq müasir standartlara cavab verən gözəl bir binaya çevrilmişdir. Mədəniyyət ocağının ümumi sahəsi 1300 kv.m, ümumi otaqların sayı isə 20-dir. Geniş zal 200 nəfərlik auditoriya üçün nəzərdə tutulub. Məktəbdə şagirdlərdən ibarət  “Aran” xalq çalğı alətləri ansamblı fəaliyyət göstərir. Onlat tez-tez N saylı hərbi hissənin il ərzində keçirilən bütün tədbirlərində konsert proqramı ilə çıxış edirlər. Respublika səviyyəli müsabiqələrdə çıxış edərək yüksək nəticələrə imza atırlar.

 

157.8 KB

 

158.4 KB