Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS-nin Samux kənd kitabxana filialı Amerika yazıçısı Ceyms Fenimor Kuperin anadan olmasının 230 illiyi münasibətilə söhbət təşkil edib

08.10.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin Samux kənd kitabxana filialı Amerika yazıçısı Ceyms Fenimor Kuperin anadan olmasının 230 illiyi münasibətilə söhbət təşkil edib.


Kitabxananın müdiri Sevinc Salmanova Kuperin həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki, Ceyms Fenimor Kuper 1789-cu il sentyabrın 15-də Amerikanın Nyu-Cersi ştatının Berlinqton şəhərində anadan olmuşdur. Ceyms ilk təhsilini "Akdemiya" adlanan kütləvi kənd məktəbində almışdır. Sonra Nyu-York ştatının mərkəzi olan Olbani şəhərində təhsil almışdır. Amerika romantizminin ilk görkəmli nümayəndələrindən biri olan Ceyms təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Macəra romanlarının və ovçu Natti Bamponun sərgüzəştləri haqqında çoxsaylı əsərlərin müəllifidir. Həmin seriyadan olan "Sonuncu mogikan" əsəri onun yaradıcılığının zirvəsi hesab olunur.

 

49.3 KB

 

45.2 KB

 

58.4 KB