Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Uşaq şöbəsi Beynəlxalq Müəllimlər günü ilə əlaqədar tədbirlər keçirib

09.10.2019

5 oktyabr tarixində Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Uşaq şöbəsi Beynəlxalq Müəllimlər günü ilə əlaqədar tədbirlər keçirib.

Tədbirdə qeyd olunub ki, hər il oktyabrın 5-i bütün dünyada “Müəllim günü” kimi qeyd olunur. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-ci il oktyabrın 5-I tarixində YUNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i tarixində müəllimlər peşə bayramını qeyd edir. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-i tarixi rəsmiləşdirilib.

Tədbirdə, həmçinin həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən də söhbət açılıb. Çıxış edən müəllimlər yaradılan geniş imkanlardan bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün yüksək təhsilli və savadlı gənclər yetişdirmək üçün əllərindən gələni edəcəklərini söyləyiblər.

Sonda təhsil sahəsində aparılan islahatlardan, Prezident İlham Əliyev tərəfindən təhsilə olan diqqət və qayğıdan, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan danışılıb. Ölkəmizdə müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu, o cümlədən şərəfli peşə sahibi olan müəllimlərə hər zaman böyük hörmət və ehtiram göstərildiyi bildirilib.

 

135.5 KB

 

155.1 KB

 

134.2 KB