Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Qapanlı,Evoğlu, Buruc kənd kitabxana filialları Beynəlxalq Müəllimlər günü ilə əlaqədar tədbirlər keçirib

09.10.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin  Qapanlı,Evoğlu, Buruc kənd kitabxana filialları Beynəlxalq Müəllimlər günü ilə əlaqədar tədbirlər keçirib.

Çıxışlarda qeyd olunub ki, hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Müəllim haqqında fikirlərimi ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamı ilə başlamaq istərdim. Ömrünü şam kimi şagirdlərinin yolunda gilə-gilə əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim! Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir. Müəllim cəmiyyət quruculuğunun mənəvi, əvəzolunmaz memarıdır. Müəllim ömrünü bir kainata da bənzətmək olar. Ömrünü, beynini, ruhunu elmi-əxlaqi biliklərlə qidalandırdığı, əlinə qələm verdiyi şagirdləri isə bu kainatın kiçik zərrələridir.

Sonda təhsil sahəsində aparılan islahatlardan, Prezident İlham Əliyev tərəfindən təhsilə olan diqqət və qayğıdan, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan danışılıb. Ölkəmizdə müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu, o cümlədən şərəfli peşə sahibi olan müəllimlərə hər zaman böyük hörmət və ehtiram göstərildiyi bildirilib.

 

73.3 KB

 

79.2 KB

 

93.2 KB