Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində Milli Qəhrəman Kazım Məmmədovun anadan olmasının 50 illik yubileyi ilə əlaqədar anım günü keçirilib

09.10.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində Milli Qəhrəman Kazım Məmmədovun anadan olmasının 50 illik yubileyi ilə əlaqədar anım günü keçirilib.

Qeyd olunub ki, Kazlm Məmmədov 1969-cu il 1 oktyabr Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1976-1986-cı illərdə burada orta təhsil alıb. 1988-ci ildə ordu sıralarına çağırılıb. 1990-cı ildə Rusiyanın Çelyabinsk şəhərində hərbi xidmətini başa vurub. Ermənilərin torpağlarımıza hücumu onu da narahat edirdi və 1991-ci ildə K.Məmmədov Cəbrayıl rayonu Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə götürülüb. Bununla da onun cəbhə həyatı başlayıb. Kazım şəhidliyinə qədər bir neçə döyüşdə şücaətlə vuruşmuşdu. 1991-ci il 15 noyabr tarixində erməni qəsbkarları Xocavənd rayonunun Dərəkənd kəndinə hücum etmişdi. Kazım boş evlərdən birini özünə mövqe seçərək, ermənilərlər qeyri-bərabər döyüşə atılmışdı. Tək qaldığı bu döyüşdə o, düşmənin xeyli canlı qüvvəsini məhv etdi, azğınlaşmış düşmən binaya od vurdu, kiçik çavuş Məmmədov Kazım qəhrəmancasına həlak oldu.

Daha sonra vurğulanıb ki, Azərbaycan prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Böyük Mərcanlı kəndində dəfn edilib. Oxuduğu 1 saylı orta məktəb qəhrəmanın adını daşıyır.

Sonda kitabxanada ”Kazım Məmmədov-50” başlıqlı sərgiyə baxış keçirilib.

 

87.9 KB

 

122.3 KB

 

112 KB