Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar

25.10.2019

Tərtər rayon MKS-nin Qapanlı kənd kitabxana filialında Xalq artisti, rəqqasə Əminə Dilbazinin anadan olmasının 100 illiyi ilə əlaqədar kitabxananın fəal oxucuları ilə söhbət təşkil olunub.

Bildirilib ki, Azərbaycan xalqının qədim tarixi köklərə malik rəqs sənəti ənənələrinin layiqincə yaşadılmasında Əminə Dilbazi əvəzsiz xidmətlər göstərmişdir. Onun repertuarı hər zaman öz genişliyi və rəngarəngliyi ilə səciyyələnmişdir. Əminə Dilbazi milli rəqslərin və dünya xalqları rəqslərinin mahir ifaçısı olmaqla, daim yüksək səhnə mədəniyyəti nümayiş etdirərək, sənətsevərlərin dərin rəğbət və məhəbbətini qazanmışdır. O, bənzərsiz ifaçılıq imkanlarından yararlanaraq, fitri istedadı sayəsində milli rəqslərin bir çox qiymətli nümunələrinə yeni-yeni çalarlar gətirmiş və onları orijinal ifa üslubu ilə xeyli zənginləşdirmişdir. İştirakçısı olduğu çoxsaylı beynəlxalq müsabiqə, festival və qastrol səfərlərindəki parlaq çıxışları ilə Əminə xanım Azərbaycan incəsənətinin şöhrətini daha da artırmışdır.

Sonda vurğulanıb ki, görkəmli sənətkar, gözəl müəllim və qayğıkeş insan Əminə Dilbazinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

88.7 KB

 

85.9 KB