Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Nazir Əbülfəs Qarayev Monteneqronun Mədəniyyət naziri ilə görüşüb

28.10.2019

Oktyabrın 25-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan Monteneqronun Mədəniyyət naziri Aleksandar Boqdanoviçin başlçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlıq əlaqələri və gələcək layihələrlə bağlı təkliflər, yaradıcı sənaye sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə olundu. 

Əbülfəs Qarayev Monteneqro ilə əlaqələri daha da gücləndirmək, təcrübə mübadiləsini təşkil etmək üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığa dair Fəaliyyət Planının imzalanması istiqamətində iş aparılır.

Nazir Azərbaycanda keçirilən konsert, festival və sərgilərdə Monteneqro tərəfinin də təmsil olunmasında maraqlı olduğumuzu vurğuladı. Yaradıcı mədəniyyət sənayeləri istiqamətində həyata keçirilən layihələr haqqında qonağa məlumat verən nazir, ölkəmizin bu sahədə Monteneqronun təcrübəsindən də yararlanmağa maraq göstərdiyini bildirdi.

Öz növbəsində Aleksandar Boqdanoviç mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələsində azərbaycanlı həmkarı ilə həmfikir olduğunu, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırdı. Vurğulandı ki, Monteneqro da iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsində, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlıdır.

Görüşdə həmçinin iki ölkə arasında kitabxana, muzey, incəsənət sərgiləri və klassik musiqi sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıldı.

 

153.2 KB

 

137 KB

 

136.3 KB