Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Uşaqları qoruyaq”

28.10.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi “Uşaq hüquqları aylığı” çərçivəsində Bərdə Günərzi Qayğı Mərkəzində olub.

Mərkəzin direktoru Gülbəs Məmmədova qeyd etdi ki, hər il olduğu kimi bu il də 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, birinci vitse-prezident M.Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Yeniyetmələrin asudə vaxtlarının, istirahətinin təşkili hər zaman diqqət mərkəzində saxlanılır, onların tətil günlərinin mənalı, yadda qalan, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün silsilə tədbirlər təşkil edilir.

Vurğulanıb ki,  bu kimi layihələr regional idarə tərəfindən mütəmadi olaraq həyata keçirilir.

Tədbir Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib.

Yerli incəsənət ustaları tərəfindən ifa olunan musiqi nömrələri balacalarda xoş əhval-ruhiyyə yaradıb.

 

373.1 KB

 

651.7 KB

 

459.3 KB