Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Umudlu kənd kitabxana filialı xalq artisti, rəqqasə Əminə Dilbazinin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirib

28.10.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Umudlu kənd kitabxana filialı  xalq artisti, rəqqasə Əminə Dilbazinin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirib.

Tədbirdə çıxış edən natiqlər bildirib ki, Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq, onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirib. Rəngarəng repertuarında, eyni zamanda, dünya xalqlarının rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı nailiyyətləri sırasındadır. O, kinofilmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə yüksək məharətlə quruluş vermiş, eləcə də professional rəqs qruplarının bədii rəhbəri kimi tanınmışdır. Əminə Dilbazinin, həmçinin xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.

 

93.1 KB