Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Buruc kənd kitabxana filialının əməkdaşları şəhid Həsənov Adil Əvəz oğlunun ailəsi ilə görüş keçirib

28.10.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Buruc kənd kitabxana filialının əməkdaşları  şəhid Həsənov Adil Əvəz oğlunun ailəsi ilə görüş keçirib.

Kitabxananın əməkdaşları dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. 28 yanvar 2019-cu il tarixində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının bariz nümunəsidir. Vurğulanıb ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir.
 

 

114.1 KB