Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada nakam və qısa bir ömür yaşamış Şahin Bərdəlinin “Atəşlə doludur küllərim mənim” kitabının təqdimatı keçirilib.

24.11.2018

Tədbirdə çoxsaylı mədəniyyət işçiləri, Azərbaycan Yazıçılar Birliyinin  və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist Flora xanım Xəlilzadə, Texniki Universitetin nəşriyyatın redaktoru, şairin bacısı Sədaqət xanım Paşayeva, Bərdə Rayon İcra Hakimiyyətinin humanitar sahə üzrə müavini Fəqət Şadlinskaya, Bərdə yazarı şair Telman Hüseynli, İsa Sevər, Qabil Əsəd, “Bərdə” qəzetinin məsul işçisi Şükufə Əliyeva iştirak edib.

            Tədbiri giriş sözü ilə açan Bərdə rayon  Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Havva Mirzəyeva şairin şeirlərinin əhatə dairəsinin genişliyindən, əsasən torpaqlarımızın bütövlüyünə, coşqun vətənpərvərliyə, insanpərvərliyə, bəşəri düşüncələrə aid olmasını qeyd edərək, Sədaqət xanıma onun şeirlərini toplayaraq çap etdirib Bərdə sakinlərinə çatdırmaqla onun tanınmasında böyük bir iş gördüyünü vurğulayıb. Bərdə Rayon İcra Hakimiyyətinin humanitar sahə üzrə müavini Fəqət Şadlinskaya kitabxanada tez-tez kitab təqdimatlarının keçirilməsini müsbət bir hal kimi qiymətləndirib. O qeyd edib ki, bu günki, təqdimatın nakam bir ömür yaşamış Şahin Bərdəlinin “Atəşlə doludur küllərim mənim” kitabına həsr edilməsi çox önəmlidir. Çünki tarix boyu Bərdə öz şairləri, elm adamları, görkəmli mütəxəssisləri ilə tanınmışdır. Bu gündə Bərdə yazarlarının kitablarının təqdimatlarının keçirilməsi onların tanınılmasında böyük əhəmiyyət daşıyır.

            Əməkdar jurnalist Flaora Xəlilzadə çıxış edərək Bərdə torpağında olmağından məmunluğunu bildirib  və Sədaqət xanıma nakam bir ömür sahibi Şahin Bərdəlinin söz çiçəklərinin solmağına rəvac verməyib, onları iri həcmli kitab şəklində çap etdirib oxuculara çatdırdığı üçün minnətdarlığını bildirib.

            Sonra Şahin Bərdəlinin bacısı Sədaqət xanım Paşayeva vaxtsız həyatdan köçən qardaşının həyat və fəaliyyətindən danışıb. Q, qeyd edbi ki, hələ lap gənc yaşlarından şeir yazmağa başlayan Şahinin şeirləri tez- tez o vaxt yerli “Kommunizi yolu” qəzetində çap olunurdu. Hələ 14 yaşından yerli qəzetdə “Uğurlar olsun” adlı məqalədə Şahinə sənətin çətin yollarında büdrəməməsini arzulamışdırlar. Çıxışda o da vurğulanıb ki, Şahinin şeirlərinin seçilib toplandığı bu kitabın işıq üzü görməsi onu sevib, xoş hisslərlə xatırlayanlara və şeirsevənlərə bir töhvə olacaqdır.

            “Bərdə” qəzetinin məsul işçisi Şükufə xanım Əliyeva isə onun yaradıcılığını yüksək qiymətləndirərək ona həsr etdiyi şerini oxuyub.

            Sonda məktəbli şagirdlər şairin şeirlərindən nümunələr söyləyiblər. 

 

82.6 KB

 

84.3 KB

 

87.5 KB