Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət İdarəsi tabeliyində olan Yevlax şəhər Aran qəsəbə uşaq musiqi məktəbində görkəmli bəstəkar Fikrət Əmirovun doğum günü münasibəti ilə yaradıcılıq gecəsi keçirilib.

27.11.2018

Tədbiri giriş sözü ilə Yevlax şəhər Aran qəsəbə uşaq musiqi məktəbinin direktoru Şakir Qədirov açaraq qeyd edib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Fikrət Əmirov Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Onun simfonik muğam və muğam-poema janrlarında olan əsərləri Azərbaycanın özünəməxsus musiqi mədəniyyətinin mövcudluğundan xəbər verir. Fikrət Əmirovun yazdığı “Nizaminin xatirəsinə” simfoniyası, “Şur” və “Sevil” operaları sənətkara böyük şöhrət qazandırıb.

            Həmçinin tədbirdə qeyd edilib ki, dahi bəstəkar Fikrət Əmirov müxtəlif janrlarda bir-birindən əsrarəngiz musiqi əsərləri yaratmış , bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstan-Bayatı-Şiraz”, “Nəsimi əfsanəsi” kimi simfonik əsərləri ona populyarlıq qazandırıb. O, bir sıra məşhur mahnıların, həmçinin dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Həyatının son illərində Fikrət Əmirov balet sənəti sahəsində daha çox işləyib. O, 1973-cü ildə “Nəsimi dastanı” baletini, 1979-cu ildə isə Şərq nağıllarının motivləri əsasında “Min bir gecə” baletini yazıb. Bu balet dünyada sənətkarın adını dillər əzbəri edib. Fikrət Əmirovun sonuncu irihəcmli əsəri “Nizami” baleti olub.

            Tədbir sonda məktəb şagirdlərinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

 

59.6 KB

 

52 KB

 

70.8 KB