Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə Ümumdünya Mərhəmət Günü qeyd edilib.

28.11.2018

Cəmiyyətin mənəvi inkişaf səviyyəsi ahıl, xəstə, əlil və çarəsiz insanlara olan münasibəti ilə ölçülür. Əlillərə, ahıllara, kimsəsizlərə, zəiflərə və zərərə məruz qalmış insanlara mərhəmət göstərmək xalqımıza tarixən xas olan bir keyfiyyətdir.Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. Məhz bu prinsiplər əsasında qurulmuş cəmiyyət inkişaf etmiş və uğurlu cəmiyyətdir. Tarixin müxtəlif mərhələlərində mərhəmət hissinin vətəndaş cəmiyyətində önəmli yer tutması məqsədilə Ümumdünya Mərhəmət günü beynəlxalq səviyyədə qeyd olunur.

 

Ümumdünya Mərhəmət günü Bərdə rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan klub müəssisələrində geniş şəkildə qeyd edilib.Tədbirlərdə bu günün mahiyyətindən söz açılıb.Bildirilib ki, “Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, yaşlılara mərhəmət və qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir. Bu, cəmiyyəti yaşadan ən əsas prinsiplərdən biridir. Hər kəsə mərhəmət hissi ilə yanaşmaq  Azərbaycan xalqının adət-ənənəsidir. Bu ənənə mənəviyyatımızın ayrılmaz tərkib hissəsidir və çox qədim tarixi köklərə söykənir.”

Bərdə rayon S.Vurğun adına Mərkəzi Kitabxanada Ümumdünya Mərhəmət günü münasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Bərdə rayon  Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Havva Mirzəyeva qeyd edib ki, ”Böyüklərə hörmət, yaşlılara, xəstələrə, əlillərə, qadınlara ehtiram göstərmək, uşaqlara qayğı ilə yanaşmaq milli-mənəvi dəyərlərin tərkib hissəsidir. Ailədən gələn, məktəbdə yetişən, cəmiyyətdə formalaşan bu dəyərlər insanın həyat yolunu istiqamətləndirməkdə, mənəvi zənginliklərini qoruyub saxlamaqda mühüm amildir. Bir də ehtiyacı olana mərhəmət göstərmək, yaşlı bir kəsi yoldan keçirmək, kiminsə qolundan tutmaq özü savabdır. Elə dinimizdə də bu tələblər var. Bəzən çox kiçik görünən adi davranışın arxasında böyük bir mənəvi dünyanın olub-olmaması dayanır. İnsanın ikiləşməsi, təbdən-təbə düşməsi  qəbuledilməzdir. Bütün canlıların alisi sayılan insan ali mədəniyyətə də malik olmalıdır. Xüsusilə də ətrafdakılarla münasibətdə tarazlıq pozulmamalıdır.“

Sözügedən tədbirlər Regional İdarənin Yevlax şəhəri üzrə Mədəniyyət Mərkəzi və onun  filiallarında qeyd olunub.Tədbirlərdə ölkəmizdə  mərhəmət,qayğı,hörmət hislərinin sosial institut kimi iş mexanizmində xüsusi imkanlarının möhkəmləndirilməsindən və bu sahəyə olan dövlət qayğısından danışılıb.

Regional İdarə  üzrə  Mingəçevir şəhərində fəaliyyət göstərən  M.P.Vaqif adına Mərkəzi Kitabxanada və filiallarında Ümumdünya Mərhəmət günü münasibətilə tədbir təşkil olunub.Tədbiri giriş sözü ilə açan  Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Etibarə Babayeva bu günün mahiyyətindən danışıb.O,qeyd edib ki, ”Mərhəmət təkcə çətinliyə düşən insanlara əlini uzatmaq deyil, mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etmək tələbidir. Cəmiyyətdə ehtiyacı olan insanlara  yardım əlini uzatmaqla onların layiqli həyat yaşamalarına şans verməliyik”.

Ümumdünya Mərhəmət günü Regional İdarənin Tərtər rayonu üzrə mədəniyyət müəssisələrində də qeyd edilib.

 

 

87.3 KB

 

185.7 KB

 

101.6 KB