Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Beynəlxalq Əlillər Günü Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində geniş şəkildə qeyd olunur.

30.11.2018

Dekabrın 3-ü bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində də geniş şəkildə qeyd olunur. Tədbirdə əhalinin bu təbəqəsinə göstərilə diqqət və qayğıdan, onlara yaradılan şəraitdən söz açılıb.  

                Sözü gedən tədbirlərdən biri də regional idarənin tabeliyində olan Bərdə Dövlət Rəsm Qalereyasında baş tutub.  Tədbirdə əlil şəxslər, ictimaiyyət nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər.  

Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Əhliyyət Əliyev tədbir iştirakçılarını regional idarənin rəhbərliyi və əməkdaşları adından salamlayıb və əlillərin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb.  Əhliyyət Əliyev onu da qeyd edib ki, əlillərin rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü addımlar bunun bariz nümunəsidir.

Regional idarənin aparıcı mütəxəssisi Orxan İbrahimov isə gündən-günə çiçəklənən respublikamızda əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söz açıb.

Çıxış edən əlil şəxslər isə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

                Sonda mədəniyyət işçiləri adından sağlamlıqlarını itirmiş əlil şəxslərə hədiyyələr təqdim olunub.

Bu istiqamətdə keçirilən növbəti tədbirsə Bərdə şəhər 1 nömrəli şəhər klubunda baş tutub. “Əlillərə kömək etmək bizim borcumuzdur” başlığı altında keçirilən tədbirdə əlillərin sosial həyatının daha təminatlı olması üçün həyata keçirilən tədbirlərdən danışıb.  Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə keçirilən Beynəlxalq Əlillər Günü 1994-cü ildən etibarən Azərbaycanda da hər il qeyd olunur. İnsan amilini həmişə diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası gücləndirilib. Hazırda bu istiqamətdə işlər Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

 

414.2 KB

 

164 KB

 

341.7 KB